DİN video müraciət edən vətəndaş haqda məlumat yaydi
DİN Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki,Vətəndaş Qızqayıt İsayevanın ona qarşı dələduzluq etmiş qadının əməllərinin ört-basdır olunması, dəfələrlə döyülməsi, təhqir olunması və digər qanunsuzluqlara məruz qalması ilə bağlı səsləndirdiyi iddialar həqiqəti əks etdirmir.
Səsləndirilən iddialar araşdırılmış və şikayətçinin müraciətlərində qeyd etdiyi xüsusatlar təsdiqini tapmamışdır.
Belə ki, Q.İsayevanın müxtəlif məsələlər üzrə müraciətləri Xətai Rayon Polis İdarəsində araşdırılmış və 13 müraciət üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
Qeyd edək ki, Q.İsayeva 2018-ci ildən hazırki vaxtadək qonşuları və digər şəxslər barədə əsassız olaraq DİN-in 102 Zəng-Mərkəzinə müraciətlər etmişdir.
Şəxsin şikayətləri ilə bağlı müxtəlif vaxtlarda qəbul edilərək onunla müvafiq izahedici söhbətlər aparılmışdır.