Baş Prokurorluq “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin həbsi ilə bağlı açıqlama yaydı
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbsinin detalları məlum olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilib ki, istintaqla İ. İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilməklə Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
/azadinfo.az