Baş nazirdən şok etiraf: Çətin vəziyyətdəyik, varlıları “soyacağıq”

Baxılıb:62
Baş nazirdən şok etiraf: Çətin vəziyyətdəyik, varlıları “soyacağıq”

Fransa iqtisadiyyatı kifayət qədər çətin vəziyyətdədir. Fransanın dövlət borcu üç trilyon avronu keçib.

Bu barədə ölkənin yeni təyin olunmuş baş naziri Mişel Barnier “France 2”-nin efirində məlumat verib.

“Ölkəmiz son dərəcə çətin vəziyyətdədir. Fransanın borcu üç trilyon avrodur. Bu borca ​​görə hər il 50 milyard avro xərclənir”, – baş nazir deyib.

O qeyd edib ki, onun hökuməti nə dövlət borcunun artmasına, nə də ekoloji tələblərin miqyasının aşağı salınmasına imkan verməyəcək. Onun sözlərinə görə, hökumət xərclərə nəzarət etməyə və pensiya islahatlarını davam etdirməyə çalışacaq. Əsas diqqət səhiyyə və immiqrasiya nəzarətinə veriləcək. Barnier varlı fransızların vergilərinin arta biləcəyini istisna etməyib.

“Mən istisna etmirəm ki, imkanlı vətəndaşlarımız iqtisadi vəziyyətin normallaşmasında daha çox iştirak edə bilərlər”, – o vurğulayıb.


Abunəlik