Baş nazir QƏRAR İMZALADI

Baxılıb:174
Baş nazir QƏRAR İMZALADI

Nazirlər Kabineti “Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturunun avadanlığından tədqiqatçıların istifadəsinə görə ödənilən xidmət haqları”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, xidmət haqları ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlarında mövcud olan tədqiqat infrastrukturlarının avadanlıqlarından istifadəyə görə 250-ə yaxın xidmət növünü əhatə edəcək.

“Xidmət haqlarının təsdiq edilən normaları sınaqların həcmi, onların aparılması üçün iqtisadi cəhətdən əsaslandırılmış əməyin qiymətləndirilməsi, sərfiyyat materialları, əsas vəsaitlərin amortizasiyası, rabitə, nəqiyyat, kommunal və ezamiyyət xərcləri nəzərə alınmaqla hesablanıb. Xidmət haqlarının vahid qaydada formalaşdırılmasına dair normativ hüquqi sənədin qəbul edilməsi elmi-tədqiqat fəaliyyətini həyata keçirən müəssisə və təşkilatların, alim və tədqiqatçıların tədqiqat infrastrukturunun xidmətlərindən vaxtında, çevik və səmərəli istifadəsinə zəmin yaradacaq”, – deyə Nazirlər Kabineti bəyan edib.


Abunəlik