Baş infeksionistdən ŞOK açıqlama-“Tamamilə yalandır!”

Baxılıb:110
Baş infeksionistdən ŞOK açıqlama-“Tamamilə yalandır!”

Bir neçə gündür bəzi saytlar Respublikanın Baş infeksionisti Cəlal İsayevin “İnsanlara rayonlara getsinlər deyə şərait yaradılmalıdır” fikirlərini tirajlayırlar. AzTimes.az bununla bağlı C.İsayevin fikirlərini öyrənib:
– Cəlal həkim, saytların birində sizinlə bağlı bir xəbər yazılıb. İddia olunur ki, siz “Nəyə desəz and içim ki, Azərbaycanda koronavirus yoxdur”-demisiz. Bu günlərdə sizin belə bir açıqlamanız olub?
—Tamamilə yalandır! Baxın, mən bu virus vətənimizdə aşkar olunduğu gündən gecəmi, gündüzümə qatıb, insanlarımızın bu virusla bağlı problemləri ilə məşğulam. Respublikanın Baş infeksionisti olaraq virusla ən çox mübarizə aparan həkimlərdən biriyəm. Bu qədər zəhmətimizin qarşısında mənim elə bir ifadə səsləndirməm hansı halda doğru ola bilər? Bir daha bildirirəm ki, bu yalandır! Mən heç bir tv kanala, sayta, ümumiyyətlə KİV-ə belə bir ifadə yer alan müsahibə, açıqlama verməmişəm. Bu sözü fevralda demişəm. Jurnalistlər ard-arda zəng edirdilər eyni sualla bağlı ki: “Həkim, Azərbaycanda koronavirusa yoluxma faktı qeydə alınıb?”. Həmin vaxt isə bizdə yoluxma faktı yox idi. Mən də dedim ki, “Bu gün Azərbaycanda koronavirusa yoluxan insan yoxdur. . Əmin ola bilərsiniz ki, ölkədə koronavirusa yoluxma faktı aşkarlansa, bunu hamıdan əvvəl nazirliyin rəsmisi kimi özüm xəbər verəcəm”. İndi, bu günlərdə bu müsahibəni mən yeni vermişəmmiş kimi, mediada yenidən yayıb insanlarda çaşqınlıq yaratmaq təxribatdır. Xalqını sevən insan belə bir təxribatla məşğul olmaz.
-Həkim, daha bir məlumat var. Orda da iddia olunur ki, siz demisiz “İnsanlara şərait yaradılmalıdır ki, rayonlara gedə bilsinlər”. Necə düşünürsüz, Bakı qırmızı zonadır. Qırmızı zonada yaşayan insanların sarı zonaya buraxılması, sarı zona üçün təhlükə kəsb etmir?
— Baxın, burada isə mənim fikirlərimi təhrif ediblər. Mən demişəm ki, məzuniyyət vaxtı çatan insanlar ailəsi ilə birlikdə müayinədən keçirilməli, əgər test cavabı neqativdirsə, yoluxma faktı aşkar olunmadığı halda həmin şəxsləri məzuniyyətə çıxarıb, rayonlara getmələrinə icazə verilə bilər. Çünki Bakıda sıxlıq çoxdur. Metro stansiyalar, marşrutlar, restoran-kafe, iaşə obyektlərində həddindən çoxdur sıxlıq. Heç olmazsa yuxarıda dediyim tərzdə sıxlığı azaltsaq yoluxma hallarının da sayını azalda bilərik.
-Sonda nə demək istəyərdiz vətəndaşlarımıza?
—Vətəndaşlarımız dezinformasiyaları inanmasınlar, özlərini qorusunlar, dezinfeksiya tədbirlərinə, karantin qaydalarına riayət etsinlər. İnşallah biz birlikdə olsaq, birgə çalışsaq, deyilənlərə, qayda-qanunlara riayət etsələr bu bəladan xilas olacağıq.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir