Barmaq uclarındakı bu dəyişiklik ciddi xəstəliyin əlaməti ola bilər

Baxılıb:18
Barmaq uclarındakı bu dəyişiklik ciddi xəstəliyin əlaməti ola bilər

Ağciyər xərçəngi uzun müddət simptomsuz inkişaf edə bilər və bu səbəbdən tez-tez gec mərhələlərdə aşkarlanır. Lakin mütəxəssislər bəzi hallarda erkən əlamətlərin bədənin gözlənilməz yerlərində üzə çıxa biləcəyini bildirirlər. Bu əlamətlərdən biri də barmaq uclarında baş verən müəyyən dəyişikliklərdir. Xüsusilə, dırnaqlar və onların ətrafındakı dəri vəziyyətindəki fərqlər diqqətdən qaçmamalıdır. Əgər dırnaq lövhəsinin ətrafındakı dəri qızarıbsa, parıldayırsa və barmaq uclarındakı yumşaq toxumalar şişibsə, bu, narahatedici siqnal ola bilər. Həmçinin bu dəyişikliklərlə yanaşı, dırnaqların formasında deformasiya da müşahidə edilə bilər.

Şotlandiyalı fitnes təlimatçısı Brayan Cemmellin fikrincə, bu dəyişiklikləri yoxlamaq üçün sadə bir test mövcuddur:

“Baş və ya işarə barmaqlarının dırnaqlarını bir-birinə sıxaraq arada romb şəkilli boşluğun olub-olmadığını yoxlayın. Əgər bu boşluq yoxdursa, bu, ağciyər bölgəsində maye toplanmasının və ya digər patoloji dəyişikliklərin göstəricisi ola bilər”.

Həkimlərin qiymətləndirmələrinə əsasən, bu cür barmaq və dırnaq dəyişiklikləri ağciyər xərçəngi olan pasiyentlərin təqribən 10 faizində qeydə alınır.

Qeyd olunur ki, bu əlamətlər adətən hər iki əlin barmaqlarında müşahidə olunur və xəstəliyin inkişaf mərhələsinə uyğun olaraq irəliləyə bilər. Erkən diaqnoz həyat qurtara bilər. Odur ki, belə dəyişikliklərə biganə qalmamaq və vaxtında tibbi yardıma müraciət etmək tövsiyə olunur.


Abunəlik