Banklar VPN-dən necə qorunur?
İnternetdən istifadədə bəzi məhdudiyyətlər istifadəçilərin qadağan edilmiş sistemlərdən istifadəsinə gətirib. Bu, bütün sahələrdən daha çox bank sektorunda təhlükəli məqamlara yol açır.
Bəs, banklar bu barədə nə düşünür?
Kapital bankın mətbuat katibi Pərviz Sədrəddinov Modern.az-a bildirib ki, bank rəhbərliyi müştərilərə müraciət edib.
Diqqətli olmalarını, bütün məlumatları yalnız rəsmi saytdan əldə etməli olduqlarını deyib. O qeyd edib ki, Birkart, Birbank, Kapital bank tətbiqlərinə VPN-lə daxil olmaq mümkün deyil. Yalnız lokal yerli şəbəkə ilə daxil olmaq mümkündür. Ermənilərin kiber hücumlarının yaşanmadığını bildirib.
Unibankdan verilən məlumatda isə qeyd edilir ki, informasiya sisteminin kiber təhlükəsizliyinin təmin olunması üçün ən son texnoloji həllərdən istifadə etdiyini, texnoloji həllərin düzgün aparılması üçün peşəkar mütəxəssislərin monitorinq həyata keçirilir.
Bankın internet üzərindən xidmət göstərən və əlçatan olan sistemlərində xüsusi aktivlik müşahidə olunub. Bankın kiber təhlükəsizlik mütəxəssisləri qarşısını dərhal alıb. Mobil bank, İnternet bank sistemlərinin təhlükəsizliyi WAF vasitəsi ilə təmin olunur və DDOS hücumlara qarşı müdafiə ən yüksək səviyyəyə qaldırılıb.
Araşdırmalar zamanı məlum olub ki, bütün banklar VPN istifadəçiləri üçün öz sistemlərindən istifadəyə qağa qoyub.