“Bank” DİN rəsmisini aldatmaq istədi – FOTO

Baxılıb:439
“Bank” DİN rəsmisini aldatmaq istədi – FOTO

Özünü bank rəhbəri kimi təqdim edən şəxs Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə +229 96 90 47 35 nömrəsi ilə vatsap üzərindən mesaj yazaraq şəxsi məlumatlarını ələ keçirməyə çalışıb.

Aztimes.az  xəbər verir ki, DİN rəmisi bu barədə sosial şəbəkə hesabında məlumat verib.

“WhatsApp” üzərindən mənimlə yazışır. Kredit təklif edir. Nömrə feykdir. Yazı ifadəsindən aydın duyulur ki, tərcümə ilə yazır. Şəxsi məlumatları istəyir”, – şöbə rəisi bildirib.

E.Hacıyev yazışmanı əks etdirən fotoları ictimailəşdirib.


Abunəlik