Banan, pomidor, xiyar… – Səhərlər bunları yeməyin!

Baxılıb:114
Banan, pomidor, xiyar… – Səhərlər bunları yeməyin!

Müxtəlif qidaların düzüldüyü zəngin səhər yeməyi süfrəsini bir çox insan sevir. Ancaq səhərlər hər qidanı yemək olmaz.

Həkimlər səhərlər istehlak edildikdə sağlamlığa mənfi təsir edə biləcək 10 qidanın adını açıqlayıblar.

Həmin qidaları təqdim edir:

Un məmulatları

Səhər yeməyində istehlak edilən simit və çörək kimi tərkibində maya olan qidalar mədənin selikli qişasını qıcıqlandıra və qaz problemlərinə səbəb ola bilər.

Fermentləşmiş qidalar

Boş mədə ilə qatıq yeyəndə mədədə əmələ gələn xlorid turşusu faydalı süd turşusu bakteriyalarını öldürə bilər. Buna görə də səhər yeməyi üçün belə məhsulların istehlakı çox faydalı hesab edilmir.

Armud

Səhər yeməyində istehlak etmək son dərəcə riskli ola bilər. Çünki armudda olan liflərin boş mədənin incə selikli qişasına zərər vermək ehtimalı var.

Şəkərli qidalar

Şəkər istehlakı insulin səviyyənizi artıra və nəticədə “yenicə oyanmış” mədəaltı vəzinizi gərginləşdirə bilər. Səhər acqarına şəkər qəbulu davamlı hal alarsa, bir müddət sonra şəkər xəstəliyinə səbəb ola bilər. Xüsusilə uşaqlara səhər yeməyində şəkərli qidalar verməmək tövsiyə olunur.

Acılı qidalar

Bu cür qidalar mədənin selikli qişasına zərər verə bilər. Mədənizdə turşu istehsalı artdığı üçün həzm sistemində bir çox problem yaranacaq.

Soyuq və qazlı içkilər

Səhər qazlı içkilər içmək də selikli qişanı zədələyir. Soyuq içki isə mədədə qan miqdarını azaldır. Bu isə o deməkdir ki, yediyiniz qida daha yavaş həzm olunacaq. Nəticədə həzm problemləri və şişkinlik yaranır.

Sitrus meyvələri

Bunlar meyvə turşuları ilə zəngindir. Boş bir mədəyə daxil olduqda mədədə yanmaya səbəb ola bilər. Bu davranış qastroenterit və hətta mədə xorası riskini artırır. Bundan əlavə, acqarına istehlak edilən sitrus meyvələri allergik reaksiyalara da səbəb ola bilər.

Pomidor

Pomidorda yüksək miqdarda tannik turşusu var və bu, mədə turşusunun artmasına səbəb olur. Bu da mədə xorası riskini artırır.

Xiyar və çiy tərəvəzlər

Çiy tərəvəzlər zəngin amin turşuları mənbəyi ola bilər. Lakin xiyar da daxil olmaqla, hərhansı bir çiy tərəvəzi səhərlər ac halda yemək mədə yanması, qaz və mədə ağrısı yaradır.

Banan

Acqarına banan istehlak etdiyiniz zaman qanınızdakı maqnezium miqdarında kəskin artım olur. Bu artım ürəyə zərər verə bilər.


Abunəlik