BALAKƏNDƏ ŞAİRİN YUBİLEYİ VƏ KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ

Baxılıb:116
BALAKƏNDƏ ŞAİRİN YUBİLEYİ VƏ KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ

AzTimes.az xəbər verir ki, 14 may 2019-cu il tarixdə Balakən rayon Mərkəzi kitabxanasında rayonun tanınmış şairi Surağat Qurbaninin “Balakən nəğməsi” adlı dördüncü kitabının təqdimatı və həmçinin 100 illik yubileyi keçirildi. Tədbirdə şairin övladları, rayon ziyalıları, “Çeşmə” Ədəbi Birliyinin sədri N.Vahid, birliyin üzvləri, jurnalist Z. Həsənli və b.iştirak edirdi. Tədbiri giriş sözü ilə açan kitabxana müdiri Məryəm Tağıyeva şairin geniş yaradıcılıq yolu haqda qısa məlumat verdi və sonra digər ziyalılar çıxış etdi. Tədbirin aparıcısı- yazıçı N. Vahid öz çıxışında Surağat Qurbani dünyasının zənginliklərindən bəhs etdi. Çıxış edən Katex kənd 1 saylı tam orta məktəbin ədəbiyyat müəllimi K. Kərimova məruzə edərək öz müəllimi haqda şagird xatirələrini anlatdı. Çıxış edən kitabın ön söz müəllifi – filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirin şair haqda fikirlərini bildirdi. Şagirdlərin ifasında şairin şeirləri təqdim edildi. Sonda şairin “Balakən nəğmələri” adlı yeni kitabı ictimaiyyətə təqdim edildi və oxuculara hədiyyə paylanıldı.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir