“Bakıxanov” Ticarət Mərkəzində ETİRAZ – satıcılar dükanları bağlayıb

Baxılıb:140
“Bakıxanov” Ticarət Mərkəzində ETİRAZ – satıcılar dükanları bağlayıb

Sabunçu rayonunda “Razin talkuçkası” kimi tanınan “Bakıxanov” Ticarət Mərkəzində sahibkarlar etiraz əlaməti olaraq dükanlarını bağlayıblar. Aztimes.AZ bildirir ki, bu barədə Arqument.az-a satıcılar məlumat veriblər.

Onlar bildiriblər ki, dükanlara görə Ticarət Mərkəzinə ödədikləri aylıq ödənişin qiyməti 500 manatdan 600 manata qaldırılıb.

Dükan sahibləri Ticarət Mərkəzinin rəhbərliyinin bu addımına etiraz etsələr də, müraciətlərinə məhəl qoyulmayıb. Belə olan halda, satıcılar çıxış yolunu dükanları bağlamaq və işə çıxmamaqda görüblər.

Satıcılar və dükan sahibləri hazırda “Bakıxanov” Ticarət Mərkəzinin qarşısında toplaşıblar.

“Ölkədə bahalaşma var. Demək olar ki, alıcı yoxdur, alver ölüb. Biz həmin 500 manatı güclə verirdik. İndi birdən-birə qiymət 600 manata qalxıb. Bunu ödəyə bilməyəcəyimizi demişik. Amma bizi eşidən yoxdur. Ona görə də dükanları bağlamağı və işləməməyi qərara aldıq”, – onlar belə deyiblər.

Arqument.az-ın əməkdaşı “Bakıxanov” Ticarət Mərkəzinin rəhbərliyindən qiymət artımı ilə bağlı açıqlama ala bilməyib.


Abunəlik