Bakının hansı küçələrində sıxlıq var? – SİYAHI
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında:
1. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, “Çermet” körpüsündən metronun “20 Yanvar” stansiyası istiqamətində;
3. 20 Yanvar dairəsində;
4. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
5. Sabunçu-Zabrat şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində;
6. Qara Qarayev prospekti, metronun “Qara Qarayev” stansiyasından “Koroğlu” stansiyası istiqamətində;
7. Binəqədi şosesi, metronun “Azadlıq Prospekti” stansiyası istiqamətində;
8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından metronun “Koroğlu” stansiyası istiqamətində (dairəyə qədər);
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.