Bakının bu ünvanında söküntü başladı – Sakinlərə kirayə pulu və mənzillər veriləcək

Baxılıb:179
Bakının bu ünvanında söküntü başladı – Sakinlərə kirayə pulu və mənzillər veriləcək

Nəsimi rayonunun “Papanin” kimi tanınan ərazisində söküntü işlərinə başlanılıb.
Söküntü işləri əsasən həyət evləri üzərində aparılır.
Həyət evlərinin söküntüsü başa çatdıqdan sonra ərazidə hündürmərtəbəli binalar inşa ediləcək. Artıq əksər sakinlər tikinti şirkəti ilə razılığa gələrək müqavilə bağlayıblar.
Sakinlər iki il müddətinə kirayə haqqı və sökülən evlərinin yerində inşa olunacaq hündürmərtəbəli binadan mənzillərlə təmin olunacaqlar.

ATV


Abunəlik