Bakının bir sıra yollarında tıxac var – SİYAHI
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
Bu barədə KONKRET.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hal-hazırda yollardakı vəziyyət:
- Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
- “20 Yanvar” dairəsində;
- Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
- 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Həsən bəy Zərdabi küçəsi, “20 Yanvar” metro stansiyası istiqamətində;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
- Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
- Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
- Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
- Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
- Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);
- Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.