Bakının bir sıra yollarında tıxac var – SİYAHI

Baxılıb:188
Bakının bir sıra yollarında tıxac var – SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında:

  1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
  2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
  3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
  4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
  5. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
  6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Abunəlik