Bakıdakı istiqamətləndirici lövhədə buraxılan kobud səhvlə bağlı AÇIQLAMA – YENİLƏNİB + FOTO
“İstiqamətləndirici lövhədə yol verilən səhv qəbuledilməzdir”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O bildirib ki, bu nişanlar, avadanlıqlar podratçı şirkət tərəfindən quraşdırılır:
“Nişanlar podratçı şirkətlərdən ərazidə təhvil alınır. Bu nişan da yeni quraşdırılıb. Bu və buna bənzər hərf səhvləri olan zaman podratçı şirkətə bildirilir və qısa vaxtda aradan qaldırılması tələb olunur. Lövhədə qeyd olunan məlumatlar biz tərəfdən ərazi üzrə istiqamətlər düzgün göstərilməklə təqdim olunur. Lakin, podratçı şirkət bu məlumatları lövhədə qeyd edən zaman məlum səhvə yol verib”.
Qeyd edək ki, löhvə quraşdırılmazdan əvvəl Bakı Nəqliyyat Agentliyinin nümayəndələri sifarişin göstərildiyi kimi hazırlanmasına nəzarət etməlidir.
Agentliyin podratçı şirkətə təqdim etdiyi eskizi təqdim edirik:
09:54
Bakıda küçədə istiqamət bildirən məlumat lövhəsində yanlışlığa yol verilib.
Oxu.Az xəbər verir ki, bu barədə fotonu jurnalist Vyaçeslav Sapunov sosial şəbəkədəki səhifəsində paylaşıb.
Belə ki, Bülbül prospekti yaxınlığındakı küçələrdən birində Heydər Əliyev Sarayı istiqamətini işarələyən lövhədə səhv buraxılıb.
Bundan əlavə, “Xarici İşlər Nazirliyi” yazısının ingilis dilində olan tərcüməsində də səhv var.