Bakıda vəkil intihar edib

Baxılıb:432
Bakıda vəkil intihar edib

Azərbaycan Vəkillər Kollegiyasinın üzvü özünü asaraq öldürüb.
Kollegiyadan “Report”a fakt təsdiqlənib.
Bildirilib ki, vəkil Namiq Həsənov Binəqədi rayonu ərazisində özünü asaraq intihar edib.
Məlumata görə, N.Həsənovun anası bir müddət əvvəl dünyasını dəyişib. Bundan sonra onun səhhətində problem yaranıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, 1966-cı il təvəllüdlü N.Həsənov 2006-cı ildən Bakı şəhəri 11 saylı Vəkil Bürosunda çalışırdı.


Abunəlik