Bakıda taksi sürücüsünün evində gizlətdiyi qızlardan XƏBƏR VAR

Baxılıb:34
Bakıda taksi sürücüsünün evində gizlətdiyi qızlardan XƏBƏR VAR

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində itkin düşdükdən 10 gün sonra taksi sürücüsünün evindən tapılan Aygün Hüseynova və Reyhan Hüseynova sığınacağa yerləşdirilib.

Yeniyetmə qızlar hazırda “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağındadır.

Sığınacağın psixoloqu onlarla söhbət aparıb. Hər iki qıza sosial-psixoloji yardım göstərilib.

Birliyin sədri Kəmalə Ağazadə Teleqraf-a açıqlamasında A.Hüseynova və R.Hüseynovanın “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağına yerləşdirildiyini təsdiqləyib.

Qeyd edək ki, aprelin 16-da saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayıqızı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.


Abunəlik