Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bakıda fəaliyyət göstərən takşi şirkətləri qiymətləri kəskin bahalaşdırıb.
Artıq iki gündür müxtəlif taksi şirkətləri eyni məsafə üçün gediş haqqını 30-50% artırıb.
Taksi şirkətlərindən bildirilib ki, bahalaşma bayramqabağı tələbatın artması ilə bağlıdır. Ənənəvi olaraq bayram ərəfəsində qiymətlər artırılır.
Qiymətlərin yeni ilin ilk günlərində normallaşacağı gözlənilir.