Bakıda sərnişin avtobus sürücüsünü DÖYDÜ

Baxılıb:186
Bakıda sərnişin avtobus sürücüsünü DÖYDÜ

Bakının Sabunçu rayonunda avtobusda dava düşüb.

Hadisə ötən axşam saat 23:00-da Zabrat qəsəbəsində qeydə alınıb.

118B marşut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1977-ci il təvəllüdlü Qorçiyev Əziz Cəmil oğlu avtobusda olan sərnişinlə mübahisə edib. Mübahisə zamanı sürücü döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Mübahisənin səbəbi hələ ki məlum deyil.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.//Apa


Abunəlik