Bakıda rəqqasə Fatimənin köməkçisini avtomobil vurdu

Baxılıb:281
Bakıda rəqqasə Fatimənin köməkçisini avtomobil vurdu

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən, onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Aytac Bayramzadə rəqqasə Fatimənin prodüseridir.//APA


Abunəlik