Bakıda “Qoç ət” restoranında YANĞIN – FOTO

Baxılıb:166
Bakıda “Qoç ət” restoranında YANĞIN – FOTO

Bakıda yerləşən “Qoç ət” restoranındakı yanğın baş verib.

KONKRET.az-a FHN-dən bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.

Əlavə məlumat veriləcək.


Abunəlik