Bakıda qadına qarşı əxlaqsızlıq edən şəxslə bağlı – DİN-dən açıqlama

Baxılıb:158
Bakıda qadına qarşı əxlaqsızlıq edən şəxslə bağlı – DİN-dən açıqlama

Paytaxtın Nərimanov rayonu ərazisində qadına qarşı qeyri-etik hərəkətlər edən şəxs müəyyən olunub.

Bu barədə DİN-in Mətbuat xidmətindən Manset.az-a bildirilib.

Qeyd edilib ki, Nərimanov RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə 1988-ci il təvəllüdlü Rasim Səfərov polis orqanına dəvət olunaraq araşdırmalar aparılıb:

“Araşdırmalarla məlum olub ki, R.Səfərovun üçüncü qrup əlilliyi var, nevroloji xəstəliklərin daşıyıcısıdır. İctimai yerdə olan hərkətlərlə bağlı onun ailə üzvləri məlumatlandırılmaqla izahat işləri aparılıb”.

Qeyd edək ki, ötən gün “Gənclik” metrostansiyası yaxınlığında qadına qarşı əxlaqsız hərəkət edən gəncin döyülməsinin görüntüləri yayılmışdı. Belə ki, hadisə vaxtı qadın yolda gedərkən bir nəfər onun paltarını qaldırıb. Həmin şəxs ətrafdakı insanların sərt reaksiyası ilə üzləşib və döyülüb. Bundan sonra o qaçaraq ərazidən uzaqlaşıb.


Abunəlik