Bakıda özünü binadan atan qız öldü
Dörd gün əvvəl Bakıda özünü binadan atan 15 yaşlı (22.11.2006) qız ölüb.
Aztimes.az qafqazinfo-ya istinadən xəbər verir ki, S.İ yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Qeyd edək ki, hadisə Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 52 ünvanında baş verib. Açıq kəllə-beyin travması diaqnozu qoyulan yeniyetmənin vəziyyəti ağır olub və intubasiya vasitəsilə nəfəs alıb.
Onun hadisənin baş verdiyi binada anası ilə birlikdə kirayədə yaşadığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.