Bakıda maska taxmaqdan imtina edən sərnişin sürücünü döydü – VİDEO

Baxılıb:224
Bakıda maska taxmaqdan imtina edən sərnişin sürücünü döydü – VİDEO

Karantin qaydalarına görə, ictimai nəqliyyatda tibbi maskadan istifadə mütləq şərtlərdən biri olsa da, bəzən vətəndaşlar bu tələbə əməl etməkdən boyun qaçırırlar.
Belə hadisələrdən biri də bu gün 13 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda baş verib. Belə ki, həmin avtobusun sürücüsü sərnişinə qoruyucu tibbi maskadan düzgün istifadə etməyi tövsiyə edib. Lakin sərnişin buna əməl etməkdən boyun qaçırıb. Sonda sərnişin sürücüyə qarşı güc tətbiq edərək onu vurub.


Abunəlik