Bakıda mağazalardan ödəmə terminallarını oğurlayan şəxs saxlanılıb

Baxılıb:65
Bakıda mağazalardan ödəmə terminallarını oğurlayan şəxs saxlanılıb

Binəqədi rayonu ərazisindəki mağazalarda quraşdırılan və içərisində 5 400 manat maddi vəsait olan iki ödəmə terminalının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Abunəlik