Bakıda küçədə kişiyə 8 bıçaq zərbəsi vurulub

Baxılıb:132
Bakıda küçədə kişiyə 8 bıçaq zərbəsi vurulub

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Aztimes.az  APA-ya istinadən xəbər verir ki, hadisə Polad Həşimov küçəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Miriyev Fərid Mirələm oğlu tanımadığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı onun qarın və kürək nahiyəsinə ümumilikdə 8 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində araşdırma aparılır.


Abunəlik