Bakıda güclü partlayış: Ölən və xəsarət alan var – YENİLƏNDİ

Baxılıb:20
Bakıda güclü partlayış: Ölən və xəsarət alan var – YENİLƏNDİ

Hövsanda partlayış baş verən ev spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

xxx

Hövsanda evdə partlayış olub.

Hadisə Bağlar massivində nömrəsiz evdə qeydə alınıb.

Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Abunəlik