Bakıda gənc oğlan bıçaqlanıb
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
1996-cı il təvəllüdlü Məmmədov Nurlan Bəxtiyar oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı bədəninin çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.