Bakıda fəaliyyət göstərən 7 restoranda nöqsanlar aşkar edildi

Baxılıb:44
Bakıda fəaliyyət göstərən 7 restoranda nöqsanlar aşkar edildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bu ay ərzində bir neçə restoranda yoxlama keçirilib, nöqsanlar aşkar edilib.

Aşkar edilən əsas nöqsanlar  obyektlərdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulması, temperatur rejiminə əməl edilməməsi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edilməsidir.

Nöqsanlar aşkar edilən restoranlar:

Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhimov Vahid Musa oğluna məxsus “Xarı Bülbül” restoranı

Nizami rayonu, Babək prospekti 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus “Sərin” şadlıq evi

Xətai rayonu, H.Salmani küçəsi 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyev Rza Rasim oğluna məxsus “Otdıx” restoranı

Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus “Top Qapı” restoranı

Nəsimi rayonu, Tbilisi prospekti 58 ünvanında fəaliyyət göstərən “ATJ” MMC-yə məxsus “Vətən” restoranı

Binəqədi  rayonu, Nizami Nərimanov küçəsi 15F ünvanında fəaliyyət göstərən fiziki şəxs Sayılov Məqsud Əzizağa oğluna məxsus “Fish home” restoranı

Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev 1054 ünvanında yerləşən, fiziki şəxs Əbiyev Roman Səfər oğluna məxsus “Alatava” restoranı


Abunəlik