Bakıda daha bir müəllim koronavirusdan vəfat edib
Bakının Binəqədi rayonunun 283 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi vəfat edib.
Məktəbdən BAKU.WS-ə verilən məlumata görə, məktəbin riyaziyyat müəllimi Xəlilova Arzu Fikrət qızı COVİD-19 səbəbindən dünyasını dəyişib.
“Kollektivimiz adından ailəsinə, doğmalarına dərin hüznlə baş sağlığı veririk, Allahdan səbr arzulayırıq”,-deyə məktəbin müraciətində bildirilir.