Bakıda DƏHŞƏT-Müştəri özünü qeyri- qanuni işləyən restoranın 3 – cü mərtəbəsindən atıb

Baxılıb:301
Bakıda DƏHŞƏT-Müştəri özünü qeyri- qanuni işləyən restoranın 3 – cü mərtəbəsindən atıb

Bakının Xəzər rayonunda polis qeyri-qanuni fəaliyyət göstərən restoranda reyd aparan zaman bədbəxt hadisə baş verib.
AzTimes.az xəbər verir ki, hadisə Türkan qəsəbəsində qeydə alınıb.
Bağlar massivində yerləşən üçmərtəbəli iaşə obyektinin ən üst mərtəbəsində yerləşən restoranın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə qeyri-qanuni olaraq fəaliyyət göstərməsi ilə bağlı məlumat əldə edilib.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları həmin iaşə obyektini aşkarlayan zaman restoranda olan müştəri, 1977-ci il təvəllüdlü Tağıyev Azad Cəbrayıl oğlu məsuliyyətdən azad olmaq üçün özünü pəncərədən yerə atıb.(apa)
O, ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir