Bakıda bu xəstəxanada həkimlərin maaşı verilmir-SƏBƏB?

Baxılıb:268
Bakıda bu xəstəxanada həkimlərin maaşı verilmir-SƏBƏB?

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi vəzifəsinə yeni təyin olunan Azər İsmayılovun fəaliyyəti nəticəsində tibb və texniki işçiləri çıxılmaz vəziyyətə düşüblər.

AzTimes.az xəbər verir ki,Bakivaxti.az-a daxil olan məlumata görə, Azər İsmayılov xəstəxanada özünün sərt idarəetmə üsulunu yaradıb.

“Özü və Yevlaxdan gətirdiyi müavini işçilərə göz verib işıq vermir. Baş həkim tapşırıq verib ki, işdə kimin ağzından maska bir santimetr aşağı olsa, onlar cərimə edilsin. İşçilər isə ona etiraz edir ki, axı xəstəxanada polis yoxdur onları cərimələsin. Üstəlik, xəstəxana işçiləri tibbi maskadan istifadə qaydalarına tam əməl edirlər. Xəstəxana rəhbərliyi həkim, tibb bacıları və texniki işçilərin maaşlarının 3 ay verilməyəcəyini söyləyib”, – deyə məlumatda bildirilib.

İşçilər deyir ki, hər ayın 5-də əməkhaqlarını alsalar da, artıq ayın 18-i olmasına baxmayaraq, hələ də maaşlarını almayıblar: “Baş həkim istehza ilə deyir ki, gedin 3 ay indiyə qədər yığdıqlarınızı yeyin. Xəstəxanada vəziyyət düzəlməyəcəyi təqdirdə əməkdaşlar açıq formada etiraz edəcəklərini bildiriblər”.


Abunəlik