Bakıda 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Baxılıb:150
Bakıda 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Aztimes.az xəbər verir ki, bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.


Abunəlik