Bakıda 67 yaşlı kişi çörək alarkən BIÇAQLANDI

Baxılıb:149
Bakıda 67 yaşlı kişi çörək alarkən BIÇAQLANDI

Bakının Nəsimi rayonunda yaşlı kişi bıçaqlanıb. 

Hadisə Süleyman Rüstəm küçəsində qeydə alınıb.

1956-ci il təvəllüdlü Əliyev Şöhlət Bəyməmməd oğlu mağazadan çörək alıb evə gedərkən naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//APA


Abunəlik