Bakıda 30 yaşlı gənc oğlan bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə paytaxt ərazisində qeydə alınıb.
1991-ci il təvəllüdlü Xankişiyev Telman Əmirullah oğlu dava zamanı bıçaqlanıb. Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qarın boşluğunda daxilə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.