Bakıda 3 avtomobil toqquşdu – xəsarət alan var

Baxılıb:99
Bakıda 3 avtomobil toqquşdu – xəsarət alan var

Bakının Nərimanov rayonunda üç avtomobil toqquşub.

 Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “AzSamand” markalı avtomobil yeraltı keçiddə yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan “KIA” markalı maşına çırpılıb. “KIA” zərbənin gücündən “BMW” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “AzSamand” markalı avtomobildə olan bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

APA


Abunəlik