Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar iyulun 8-də ödəniləcək
İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.
Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.