Bakı Nəqliyyat Agentliyi deputatı cərimələyib

Baxılıb:205
Bakı Nəqliyyat Agentliyi deputatı cərimələyib

Bakı Nəqliyyat Agentliyi (BNA) deputat Rüfət Quliyevi cərimələyib.

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında R.Quliyev özü məlumat verib.

Millət vəkili qeyd edib ki, BNA əməkdaşları dayanma-durma qaydalarını pozan avtomobillərin fotolarını çəkirlər.

“Halbuki gəlib, izah edə bilərlər ki, burada saxlamaq olmaz. Mən sürücümdən soruşdum ki, BNA nə qədər cərimə yazıb. O, məbləğin böyük olduğunu bildirdi.

Elə bir rəqəm dedi ki, heç burada səsləndirmək istəmirəm. Sürücümə həmişə deyirəm ki, qayda-qanuna əməl etsin”.

O bildirib ki, BNA belə fəaliyyətlə gündə 100 min, ayda 3 milyon manat cərimə yaza bilər:

“Bu, riyazi hesablamadır, çünki dayanma-durmaya görə cərimə 20 manatdır, gün ərzində 5000 nəfərə cərimə yazılsa, ayda 3 milyon manat pul edir.

Heç olmasa, Bakı Nəqliyyat Agentliyinin üçüncü, beşinci səviyyəli vəzifəli şəxsi gəlsin, suallara cavab versin. Daha Bakı Nəqliyyat Agentliyi qurban veriləcək adam göndərməsin”.


Abunəlik