Bakı ilə müqavilə bağlamaq üçün buna ehtiyac yoxdur – Paşinyan
Ermənistanın Azərbaycanla sülh sazişi bağlamaq üçün üçüncü tərəfin zəmanətinə ehtiyacı yoxdur.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“2022-ci ilin sentyabrında baş verən hadisədən sonra biz hələ də qarant institutunu ciddi qəbul etməliyik? Mən deyirəm ki, Ermənistanın təhlükəsizliyinin yeganə təminatçısı Ermənistanın özüdür”, – o vurğulayıb.
Paşinyan jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, Ermənistan xarici köməksiz də qonşuları arasında yaşaya bilər.