Bakı bazarlarında satılan toyuqlara bu boya vurulur – ŞOK İDDİA

Baxılıb:224
Bakı bazarlarında satılan toyuqlara bu boya vurulur – ŞOK İDDİA

Bugün bazarlarda kənd toyuğu adı altında broyler toyuqlar satılır. Bunların kənd çolpası olması və hansı şəraitdə yetişdirilməsi isə sual altındadır.

Bəs bu məhsullar həqiqətən kənd şəraitindəmi yetişdirilir?

Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, bəzi kənd çolpası kimi satılan toyuqlara ayaqqabı dərisinin rənglənməsində istifadə edilən anilin adlı sarı boya vurulur.

“Müddəti bitmiş toyuqlar isə tarixi yenilənələrək yenidən satışa buraxılır. Baytarlıq nəzarətindən keçmədən, quş əti və məhsullarının istifadəsi zamanı insanlar bir çox xəstəliklərə yoluxurlar. İnsanlarda quş qripi, pasterilioz, xlamidioz kimi xəstəliklər yaranır”.
Mütəxəssis qeyd edib ki, ölkə daxilində bu halların qarşısını almaq üçün mütəmadi olaraq reydlər aparılsa da bu halların qarşısı tamamilə alınmayıb.

“Açıq halda, çöldə, kiçik market və bazarlarda satılan toyuqları alan zaman xüsusilə diqqətli olmaq lazımdır”.


Abunəlik