Bakı aeroportunda paxlavanın içindən 105 min dollar pul çıxdı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda valyutanın Azərbaycan gömrük sərhədindən bəyan etmədən və gizli keçirmə cəhdinin qarşısını alıblar.
AzTimes.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə gedən sərnişin gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib.
Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı sərnişinin bel çantasının içərisində “Gəncə paxlavası” yazılan qutunun altından sellofan paketə bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş 105 min ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.