“Bakcell” rəhbərliyi 180 nəfərin iştirakı ilə qanunsuz toy etdi – Foto+Video
20 avqust tarixində ölkədəki karantin qaydalarının tələblərinin kobud şəkildə pozulduğu daha bir toy mərasimi keçirilib. Bu dəfəki kobud qanun pozuntusunu ölkənin tanınmış mobil operatoru olan “Bakcell”in rəhbərliyində təmsil olunan şəxslər edib.Boyukmillet.com saytının əldə etdiyi məlumata görə, toyda 180 nəfər iştirak edib. Toyun yiyəsi “Bakcell”in pərakəndə satış şöbəsində işləyən Vəfa Abdullayeva olub. O, qızı Növrəstə Muradlıya toy edib. Təzə bəyin də “Bakcell” korparativ şöbəsinin əməkdaşı olduğu bildirilir.
Məclis “Seabay” adlı restoranda keçirilib. Qanunsuz keçirilən toyda iştirak edənlər sırasında şirkətin pərakəndə satış şöbəsinin müdiri Elnur Sultanov da olub. Toyda iştirak edən hər bir şəxsə məclisin yuxarıların icazəsilə baş tutduğu deyilib. Görəsən ” Bakcell”ə bu icazəni kim verib? Toydan çəkilən videolar və fotoları təqdim edirik:
Qeyd edək ki, Baksell şirkətinin satış və korporativ şöbələrinin ümumi rəhbəri Zaur Bayramovdur.
Analoq.az