Bakcell, Azercell və Nar Mobilenin “möhtəşəm” xidmətinə görə bu kəndlərdə göyərçin xidmətindən istifadə olunur-VİDEO
Bura Biləsuvar rayonudur. 2020-ci ilin şaxtalı qışını yaşayır insanlar. Bütün dünyada texnologiyanın ən üst səviyyədə inkişafı göz qamaşdırdığı bir vaxtda Biləsuvar rayonunun üç kəndi –Günəşli, Ağayrı, İsmətli iki yüz il əvvəlki kimi quşlar vasitəsi ilə bir-birlərinə mesajlar göndərirlər. Bu isə XXI əsrin ən böyük ayıbı sayılır. Üç kəndin sakinləri ilə apardığım söhbətlərdən məlum oldu ki, artıq bir ildir vəziyyət belədir. Kənd sakinləri bildirir ki, bir neçə ildir burada Nar Mobile , Bakcell və Azercell şirkətlərinin stansiyaları mövcuddur. Amma elə mövcuddur.
Bu stansiyaların burada quraşdırılması ancaq “Mən də varam”dan başqa heç bir şey deyil. Sakinlər dərdlərini dəfələrlə yazılı və şifahi olaraq dilə gətirsələr də bir nəticə əldə etməyiblər. Sakinlər ümidlərini kəsiblər deyə, hər evdə bir göyərçin quşu var və bu quşlar vasitəsi ilə istənilən yerə xəbər çatdırırlar. Haqlarında tez-tez neqativ dəqiqə “oğurluğu” bağlı xəbərlər oxuduğumuz bu şirkətlər adları çəkilən kənd əhalisinin səsinə səs vermir. Ola bilsin setdəndir. “Hörmətli” aidiyyatlılar, onların da dərdinə əncam çəkin. Nəticədə sizin itirəcəyiniz bir şey yoxdur-əksinə oğurlanacaq dəqiqələrinizin sayı artar, qazanan yenə siz olarsınız.
Məsələni diqqətdə saxlayacağıq.
Nihat Cəbrayıl /AzTimes.az/