Bağ evini satıb orduya 50 minlik dəstək verdi

Baxılıb:489
Bağ evini satıb orduya 50 minlik dəstək verdi

Ermənistan tərəfinin təxribatı nəticəsində cəbhədə başlayan gərginlikdən sonra bir çox şirkətlər dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürürlər.

Böyük şirkətlərlə yanaşı, artıq fiziki şəxslər də bu dəstəyə qoşulub. Onlardan biri də Bibibeybət sakini, fərdi sahibkar Xanlar Hüseynovdur. AzTimes.az xəbər verir ki, o,Bilgəh ərazisində yerləşən bağ sahəsini sataraq 50 min manat məbləğində pulu Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.


Abunəlik