Babək Səmidli təltif olundu-FOTOLAR

Baxılıb:639
Babək Səmidli təltif olundu-FOTOLAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıraq, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki Babək Səmidli ölümündən sonra Zəfər ordeni ilə təltif edib.
Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general – mayor Abdullayev, Göyçay rayon İcra Hakimiyyəti Başçıs Mehdi Səlimzadə, ağsaqqallar, dindarlar, şəhid ailələri, rayon ictimayyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin nümayəndələri və KİV- əməkdaşları Göyçay şəhər şəhidlər xiyabanını ziyarət ediblər. Mərasim iştirakçıları Göyçay rayonunun 20 yanvar hadisələrində, birinci və ikinci Qarabağ müharibələri zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanların məzarları üzərinə tər qərənfillər düzərək ziyarət edib. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yada olaraq, ruhlarını ehtiramla yad ediblər.
Qalib ordunun şəhid polkovniki, Azərbaycan Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini olmuş Babək Səmidlinin məzarı yanında çıxış edən Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadə çıxışında Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazandığını, nəsillərdən bizə miras qalan ən ülvi hislərimizlə qələbə dəyərlərini gələcək nəsillərə daşıyıdığını qeyd etdi.
Rayon rəhbəri Azərbaycan Prezidenti tərəfindən qismən səfərbərllik elan olunandan respublikamızın hər yerində olduğu kimi Göyçayda da gənclərimizin könüllü olaraq düşmənlə üz-üzə cəbhəyə vətənpərvərlik ruhu ilə getdiklərinin, 30 ilə yaxın işğal altında olan əzəli və əbədi torpaqlarımızın azad olunmasında igidlik göstərdiklərini toplantı iştirakçılarının diqqətinə çatdırdı. M. Səlimzadə sentyabrın 27-də Murov dağ yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə ilk şəhidlərdən birinin məhz Göyçay rayonunun Ləkçıplaq kəndindən Zamiq Əhmədovun olmasını, bu münvanla rayonun 46 qəhrəmanının şəhid adına yüksəldiyini bildirdi. Vətən müharibəsi Zəfər qələbəsi ilə bitdikdən sonra cəbhəyə gedən igidlərimizdən müharibədə iştirak edən gənclərimizlə görüşlərin olduğunu qeyd edən icra başçısı dövlətimiz tərəfindən şəhid ailələri və qazilərimizin həmişə qayğı və diqqətlə qarşılandığını bildirdi.Şəhid valideyinlərinə baş sağlığı verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general – mayor Zaur Abdullayev 44 günlük Vətən müharibəsi ərəfəsində və bu savaşın gedişində Səfərbərlik Xidmətinin göstərdiyi fəaliyyətə münasibət bildirərkən qeyd edib ki, Böyük Zəfərimizdə bu qurumun yüksək fəaliyyəti danılmazdır. Görülmüş işlər ötən onilliklərdə Ümummilli lider Heydər Əliyev, daha sonra isə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik, məqsədyönlü siyasətin parlaq nəticələri olduğunu vurğulayan general-mayor bu möhtəşəm işlərə, xüsusən haqq savaşımız dönəmində, mühüm töhfələr verən, nümunəvi fəaliyyət göstərən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də qələbəmizin təmin edilməsində vacib rol oynadığını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrində o cümlədən hazırda olduğumuz Göyçay rayon şöbəsində gənclərin könüllü olaraq, yüksək ruhla cəbhəyə yolanmasından və onların igidliyindən danışdı. Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki Babək Səmidli ölümündən sonra Zəfər ordeni ilə təltif edilməsi qəhrəmanlarımızıın bariz nümaunəsidir. Sonra Şəhidin evində olan qonaqlar Polkovnik Babək Səmidlinin xatirə guşəsi ilə tanış oldular. Babək Səmidlinin atası Mətləb Səmidli Azırbaybaycan Respublikası Prezidenti İlham Əliyevə onun oğlu Babək Səmidliyə “Zəfər ordeni” təltif etdiyinə verdiyi dəyərə və qiymətə görə ailəsi adından təşəkkürünü bildirdi. Sonda “Zəfər ordeni” şəhid polkovnik Babək Səmidlinin övladları Mətləb və Səmidə təqdim olundu.Qeyd edək ki, Göyçayımızın fəxri olan,Babək Mətləb oğlu Səmidli 7 yanvar 1974 cü ildə Göyçay rayonunda anadan olub, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini vəzifəsini icra edib.
1993-cü ildə Ankarada Quru Qoşunları Məktəbinə daxil olub və 1997-ci ildə oradan məzun olub.Azərbaycan Silahlı Qüvvələri — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir.Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu.
Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycanın qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
23 noyabrır 2020 ci ildə Babək Səmidli Suqovuşan ərazisində minaya düşüb və şəhid olub. O, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya tərəfinin sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərində ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalan meyidlərin çıxarılması idi. Mina partlaması nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı da yaralandı. Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olundu.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Babək Səmidli 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrda minaya düşməsi nəticəsində şəhid olub.Göyçay şəhər Şəhidlər xiyabanında dəfn olunub. Ailəli idi. Mətləb və Səmid adında 2 oğlu yadigar qaldı.
“Şərəfli yolu seçin, doğru yolu seçin. Bu üçündən biri gəlsin başımıza: ya qalib olaq, ya qazi olaq, ya şəhid olaq. Başqa bir seçim heç bir Azərbaycan əsgərində ola bilməz.”
Babək Səmidli.

Bildirək ki, Göyçay şəhərində şəhid polkovnik Babək Səmidlinin adına yeni küçə salınmış, bərpa-təmir olunaraq şəhidin xatirə lövhəsi vurulmuşadur.


Abunəlik