Bəs Xıdırovun vurduğu ziyan HARA YAZILIR? – Dövlətin ayağına?..

Baxılıb:290
Bəs Xıdırovun vurduğu ziyan HARA YAZILIR? – Dövlətin ayağına?..

Son iki il ərzində meşə təsərrüfatına Namiq Xıdırov tərəfindən vurulan ziyanın miqyası o qədər genişdir ki, onun fəsadlarını növbəti illər ərzində ödəmək çox çətin olacaq. Demək olar ki, meşə təsərrüfatının icra mexanizmi tamam məhv edildi. Uzun illər yetişən kadırlar işdən uzaqlaşdırıldı, strukturun ayağı başına, başı ayağına çevrildi.

AZTİMES.AZ xəbər verir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.
Bütün sahələr üzrə uçot işləri ləğv olundu, qırma sahələri harda gəldi ayrıldı, meşə salma işi məhv oldu, toxumçuluq üzrə olan kadrlar və texnologiya geri atıldı, meşəbəylik skruktu pozoldu, baş meşəbəylərə aid olan işlər bərbat hala salındı. Bu da axırı, Namiq Xıdırovun hardansa tapıb təyin etdiyi Adəm İsmiyev kimlər bundan artıqına qadir ola bilməzdi, meşə təsərrüfatının inkişafı onun qorunması ilə məşğul olmaq əvəzinə selfi çəkməklə məşğul olur. Masallı Yardımlı Cəlilabad boyda rayonların meşə sərvətini idman müəlliminə tapşıranda belə də olmalı idi . İndi araşdıran oldumu ki, Adəm İsmiyev iki ilə yaxın müddətdə regional idarədə nə etdi ?
Hansı işlər gördü ? Nə əkdi, nə biçdi ? İki ildə ayrılan qırma sahələri təftiş olundumu? Əvvəlki illərdə əkilən meşə əkinlərini necə oldu ? İki ildə özü nə əkdi, nə yetişdirdi ?
İctimayətə bu barədə də məlumat verilməlidir. Yoxsa ərizəsi alındı və heç nə olmamış kimi getdi öz işinim ardına. Belə də idarəçilik olar?
Üç rayonun meşə təsərrüfatı iflic vəziyyətinə gətirildi və bir ərizə ilə Adəm İsmiyev gülə-gülə getdi evinə. Kim cavab verəcək bu pozuntulara ?
İki il ərzində Adəm İsmiyevin fəaliyyəti nəticəsinə meşə sahələri öz başına buraxıldı, qanunsuz qırma sahələri ayrıldı, meşələrdə “işlik” materialları hazırlandı və sexlərə daşındı, hazırda Masallıda olan ağac emalı sexlərində kifayət qədər mal var. Rayonda bu barədə hamının məlumatı var. Niyə bu məsələ əsaslı surətdə araşdırılmır. Ona görə ki, Namiq Xıdırov və onun mühafizə üzrə müavini Mohuma Heracıyev buna imkan vermir.
Yəqin ki, bu yaxınlarda Namiq Xıdırovun Şabrana direktor təyin etdiyi qohumu digər idman müəllimi, Sabirabada təyin etdiyi Əmək müəllimi, Lənkərana təyin etdiyi direktoru, Göygölə təyin etdiyi baytar həkimi barəsində də yeni selfilər üzə çıxacaq.
Deyilənə görə özünü xəstəliyə vuran Namiq Xıdırov indi də “bülüten” götürüb gizlənir. Bir azdan da məlum olacaq ki, xaricə qaçıb.
Hesab edirik ki, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və digər aidiatı qurumlardan ibarət geniş tərkibdə komissiya yaradılıb Namiq Xıdırovun faliyyəti, onun icazə verdiyi qırma sahələri, əkin yerləri və s. işləri yoxlanılıb bu barədə ictimayətə məlumat verilməlidir, həm də müstəqil mütəxəssislərin iştirakı ilə aparılmalıdır. O zaman tam məlum olacaq Namiq Xıdırov və onun dostları Mohuma Heracıyev, Mehman Səfərov Dövlə meşəsinə nə qədər ziyan vurublar. Yoxsa ki, onların bu dırnaqarası fəaliyətini sonradan kim aradan qaldıracaq.
Yaxsa bunlar ərizə verib qaçıb gedəcək və hər şey düşəcək bu beş üç nəfər yetim meşəçilərin üzərinə
Buna da yol vermək olmaz, qoy hər şeyə görə cavab versinlər və meşə təsərrüfatına vurduqları ziyanı hər üçü də ödəsinlər.

Qarşı tərəfin də mövqeyini AZTİMES.az olaraq işığlandırmağa hazırıq…


Abunəlik