Bərdədə yanğın baş verib – FOTO

Baxılıb:264
Bərdədə yanğın baş verib – FOTO

 

Bərdə rayonunda yaşıllıq ərazidə yanğın baş verib.

AzTimes.az “Report”a istinadən xəbər verir ki, hadisə 20 Yanvar adlanan ərazidə qeydə alınıb.

Belə ki, quru otlaq sahənin alovlanması yanğının tezliklə ətrafa yayılmasına səbəb olub. Nəticədə alov müxtəlif diametrli ağacları yararsız hala salıb.

Yanğın söndürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, həmin ərazidə ictimai iaşə müəssisələri fəaliyyət göstərir.

 

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir