Bərdədə silsilə oğurluq edən şəxs saxlanılıb

Baxılıb:183
Bərdədə silsilə oğurluq edən şəxs saxlanılıb


Bərdə Rayon Polis Şöbəsinə rayon sakinlərinin etdiyi müraciətlər əsasında keçirilən tədbirlər zamanı silsilə oğurluq edən şəxs saxlanılaraq məsuliyyətə cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a bildirilib ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Kamran Nuriyev saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, K.Nuriyev ötən ilin son 3 ayı ərzində müxtəlif evlərdən məişətdə istifadə olunan müxtəlif texniki avadanlıqlar oğurlayaraq vətəndaşlara maddi ziyan vurub.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.


Abunəlik