Bərdədə kanalda batan 17 yaşlı qızın meyiti tapıldı

Baxılıb:38
Bərdədə kanalda batan 17 yaşlı qızın meyiti tapıldı

Bərdədə kanalda batan 17 yaşlı qızın meyiti 10 gün sonra tapılıb.

Bərdə rayon sakini 2008-ci təvəllüdlü Gülçin Cəfər qızı Xəlilovanın meyiti Qarabağ kanalından iki kilometr aralıda, rayonun Qaraqoyunlu kəndi ərazisində polis əməkdaşları tərəfindən tapılıb.

G.Xəlilovanın meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, G.Xəlilovanın Qarabağ kanalında batması ilə bağlı martın 19-da məlumat yayılmışdı.


Abunəlik